Avtobus sürücüsünün özbaşınalığı - FOTOLAR

Xəbərlər 20 Avqust 2014 14:34 Oxunub 2258
Avtobus sürücüsünün özbaşınalığı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
194 nömləri marşrut avtobusunun sürücüsü kefi istəyəndə xəttən çıxıb başqa yolla gedir

Daimi oxucumuz Coşqun Əhmədov Avtosfer.az saytına avtobus sürücüsünün özbaşınalığı ilə bağlı maraqlı məlumatlar ünvanlayıb. O bildirir ki, avqustun 19-da səhər saatlarında 194 nömrəli marşrutla işə gedərkən sürücü özbaşınalığı ucbutandan yolda qalıb və işə gecikib: «Marşrutun sürücüsü yolunu yaxın etmək üçün Dərnəgül yolunda yeni istifadəyə verilmiş tunelə girdi, mən də məcbur qalıb düşməli oldum. Aramızda bir az mübahisə oldu. Məni düşürdüyü yerdə şəklini çəkdim. Yenidən başqa marşruta minib getməli oldum. Əslində tunel istifadəyə verildiyi bir ay olar ki, biz marşrut üzünə həsrətik. Avtobus sürücüləri yol yaxın olsun deyə düşürlər tunelə, sərnişinlərə də deyirlər ki, kim düşür düşsün, tunelə girəcəm. Belə də olmaz axı. Menim kimi minllərlə insan bu vəziyyətdədir. Təkcə bu marşrut deyil belə hərəkətlər edən. 5-6 marşrut həmin yolu getməli oldğu halda yol yaxın olsun deyə tunelə girilər. Məsələn, 82, 15. 20, 125 və 194 yol hərəkəti qaydalarını həmişə pozurlar. Yalandan deyirlər ki, tıxac var, ona görə tunnelə giririk. Halbuki, həmin yolla 70 nömrəli marşrut da gedir».

Çoşqun Əhmədov deyir ki, burada dayanıb 30 dəqiqə müşahidə aparan hər kəs dəhşətə gələr: «Tunel ikitərəfli istifadeye verilib. Marşrutlar isə yol hərəkəti qaydasını pozaraq tunelin əks istiqamətinə çıxıb qəza şəraiti yaradırlar. Bununla da sərnişinlərin həyatını təhlükəyə atırlar. Özüm şahidi olmuşam vallah. Bir hadisə baş verənden sonra düşecekler üstünə ki, niyə belə oldu».

Avtosfer.az saytı güman edir ki, aidiyyatı qurumlar bu məsələ ilə bağlı tədbir görəcək və sərşininlərin həm rahatlığı, həm də təhlükəsizliyi təmin olunacaq.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh