Ceyms Bond bahalı avtomobili ilə Bakıda neft buruqlarının arasında - FOTO

Avtobazar 11 Sentyabr 2014 16:53 Oxunub 2178
Ceyms Bond bahalı avtomobili ilə Bakıda neft buruqlarının arasında - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məşhur aktyor Azərbaycanla bağlı sualı cavablandırıb: «Həyat yoldaşımla sağollaşaraq Azərbaycana getdim»

Hollivud aktyoru Pirs Brosnan "Noyabr adamı" filminin təqdimat mərasimi üçün Moskvaya gəlib. Anspress-in məlumatına görə, aktyor Bakıda "Bir dünya da azdır" filmindəki agent Ceyms Bond obrazına çəkilişlərdən danışıb. "Xatırlayıram ki, bazar ertəsi günü yuxudan oyandım, həyat yoldaşım ilə sağollaşaraq Azərbaycana getdim. Yadımdadır ki, orada hər yerdə neft buruqları gördük, bu, mənim üçün qeyri-adi mənzərə idi. Bizi orada çox isti qarşıladılar. Azərbaycandan çoxlu kürü hədiyyəsi ilə qayıtdım. O yadımdadır ki, maşın çox sürətlə gedirdi, ətrafımda neft buruqları var idi. Bunlar hamısı bizim film üçün lazımlı görüntülər idi. Mən Azərbaycanda yaxşı insanların əhatəsində dadlı yemək süfrələrini xatırlayıram", - deyə məşhur aktyor Azərbaycana səfərinin təəssüratlarından danışıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh