Borca görə ölkədən çıxışına qadağa qoyulanların sayı 1500-ü ötüb - SİYAHI

Gündəm 2 Dekabr 2016 12:02 Oxunub 1566
Borca görə ölkədən çıxışına qadağa qoyulanların sayı 1500-ü ötüb - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir

1 dekabr tarixinə vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanlarının rəhbərləri və fiziki şəxslərin siyahıları açıqlanıb.

Vergilər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir.

"Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin siyahısı"nda 466, "Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin siyahısı"nda isə 1041 nəfərin adı var.

Qeyd edək ki, bundan əvvəl həmin siyahılarda müvafiq olaraq 454 və 1015 nəfərin adı var idi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh