Əlilliyi olan 5880 şəxsə avtomobil paylanıb

Gündəm 2 Dekabr 2016 20:15 Oxunub 1050
Əlilliyi olan 5880 şəxsə avtomobil paylanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tədbir müzakirələrlə davam etdirilib

Ombudsman Aparatında "Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya - 10 il: görülmüş işlər və qarşıda duran vəzifələr" mövzusunda dəyirmi masa keçirilib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, ombudsman Elmira Süleymanova Azərbaycanda əlilliyi olan şəxslərin hüquqları sahəsində aparılan islahatlar haqda çıxış edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, 2018-ci ilə qədər növbədə duran hər bir Qarabağ əlili mənzillə təmin olunacaq: "Bu günə qədər 5000-ə yaxın bu təbəqədən olan insan mənzillə təmin edilib".

Nazir müavini qeyd edib ki, ümumilikdə 5880 nəfər Qarabağ, Çernobıl, Böyük Vətən müharibəsi, 20 Yanvar əlilinə avtomobil verilib: "Bunlardan 2063 nəfərə avtomobillər 2014, 2015 və 2016-cı illərdə paylanıb".

Daha sonra Həmkarları İttifaqları Konfederasiyası sədrinin müavini Aqil Dadaşov "Əliliyi olan şəxslərin hüquqlarının müdafiəsində həmkarlar ittifaqlarının rolu" mövzusunda məruzə ilə çıxış edib.

Tədbir müzakirələrlə davam etdirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh