Sürücülər piyada zolaqlarından şikayətləndi - VİDEO

Xəbərlər 18 Sentyabr 2014 16:32 Oxunub 1621
Sürücülər piyada zolaqlarından şikayətləndi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyada zolaqlarının biri-birinə yaxın olması narazılıq yaradır

Bu gün Bakının əsasən mərkəzi yollarında kifayət qədər piyada zolaqlarına rast gəlmək mümkündür. Bunu da piyadaların təhlükəsizliyi baxımından sevindirici hal kimi qəbul etmək olar. Amma bəzən piyada zolaqlarının biri-birinə yaxın olması, sürücülərin narazılığına gətirib çıxarır. ANS-in məlumatına görə, bildirlir ki piyadaların keçməyini gözləyə-gözləyə maşınların sırası artır. Onları narahat edən digər bir problem isə şəhər yollarında döngələrdə çəkilən zolaqlardır. Həmin zolaqlar ki, həm qısa vaxt müddətində böyük tıxacın yaranmasına səbəb olur, həm də qəzaların yaranmasına gətirib çıxarır. Ekspertlər bu cür halların baş verməməsi üçün piyada zolağı olan yollarda, əlavə nişanların qoyulmasını vacib sayır. 

Ekspert Azər Allahverənov deyir ki, həmin ərazilərdə, xüsusi ilə də narmotivlərdə o da nəzərə alınmalıdır ki, piyada keşidinə ən azı 50 metr qalmış ərazidə əlavə nişanlar qoyulsun. Bir növ sürücünü daha diqqətli olmağa çağıran bir nişan olmalıdır. 

Piyada keçidlərinin avtomobil yollarına çəkilməsi qaydası ilə bağlı Bakı Dövlət Yol Polis İdarsəinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxladıq. O bildirdi ki, paytaxda və digər şəhərlərdə piyada zolaqları çəkilərkən, həmin ərazidə əhalinin və avtomobillərin sıx hərəkət etməsi, təhsil müəssələrinin yerləşdiyi ərazi əsas götürülür. Bəzən piyada zolaqlarının yaxın olması isə həmin yola düşən yüklənmə ilə bağlıdır. Kamran Əliyev bütün hallarda piyada zolaqlarının çəkilməsinin planlı şəkildə aparıldığını və görülən işlərin yalnız təhlükəsizlik şurası tərəfindən təsdiqləndikdən sonra həyata keçirildiyini bildirdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh