Bakı “Formula-1”ə belə hazırlaşır – FOTOSESSIYA
Yarışma 16 Oktyabr 2014 18:43 1181 dəfə oxunub
Bakı “Formula-1”ə belə hazırlaşır – FOTOSESSIYA
Yollara beton və tor bəndlər düzülür

2015-ci ildə Bakıda keçiriləcək “Formula-1" qran-pri yarışı ilə əlaqədar artıq hazırlıq işlərinə start verilib. Belə ki, hazırlıqlar yeni bulvar istiqamətindən başlayıb. Artıq yol kənarında beton və dəmir torları və şinlərdən ibarət bəndlər düzülür. 

Qeyd edək ki, gənclər və idman naziri Azad Rəhimov bildirib ki, yarışın keçirilməsi üçün yeni infrastruktur inşa edilməyəcək. Belə ki, Avropa oyunları üçün yaradılan infrastrukturdan bu yarış üçün də istifadə ediləcək. 6 kilometrlik, saat əqrəbinin əksi istiqamətində olan sxemi “Tilke” mühəndislik şirkətinin baş icraçı direktoru Herman Tilke hazırlayıb. Trek Azadlıq meydanının yanından başlayacaq və Hökumət evinin yanından keçərək Qız qalasının qərbinə doğru istiqamətlənəcək. Marşrut 6 min 6 metr uzunluğunda, 8 sağ və 12 sol döngədən ibrət olacaq. Orta sürət 210, maksimum sürət 340 kilometr/saat olacaq. Yarışın ilk günlərində 25 mindən çox tamaşaçının izləməsi üçün şərait yaradılsa da, növbəti günlərində tamaşaçı sayının artırılacağı da mümkündür. anspress

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh