Yol nişanlarının görüntülü və səsli izahı – İzləyin - VİDEO

Qaydalar 22 Fevral 2017 02:07 Oxunub 109586
Yol nişanlarının görüntülü və səsli izahı – İzləyin - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu nişanlar yol hərəkəti iştirakçılarına müəyyən məhdudiyyətlər qoyur və ya onları ləğv edir

Sürücü-təlimatçı Elvin Hacıyev yol nişanları ilə bağlı maraqlı videoçarx hazırlayıb. Videoçarxda yol nişanları ayrı-ayrı qruplar şəklində təqdim olunur və səsli şəkildə izah edilir. Bu videoda siz qadağan nişanlarının mənası və təyinatı ilə tanış ola bilərsiniz.

Qadağan nişanları «Yol hərəkəti haqqında» qanunun 64-cü maddəsində əksini tapır. Bu nişanlar yol hərəkəti iştirakçılarına müəyyən məhdudiyyətlər qoyur və ya onları ləğv edir. Avtosfer.az həmin nişanlarla bağlı səsli videoçarxı və qanun həmin maddəsini təqdim edir:

Maddə 64. Qadağan nişanları

I. Qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir.

II. Onların dairəvi forması, ağ fonu, 3.27—3.30 işarələrinin mavi və qırmızı haşiyəsi vardır. 3.1, 3.21, 3.23, 3.25 və 3.31 nişanlar rəngli tərtibatla fərqlənirlər.

III. Qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin bilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır. Qadağan nişanları əvvəlcədən 7.1.1 lövhəciyi ilə quraşdırıla bilər.

IV. 3.2—3.9, 3.34 və 3.35 qadağan nişanları müvafiq nəqliyyat vasitələrinin hər iki istiqamətdə hərəkətini qadağan edir.

V. Qadağan nişanlarının qüvvəsi aşağıdakılara şamil edilmir:

1) 3.1—3.3, 3.18.1, 3.18.2, 3.19, 3.27 — ümumi istifadədə olan nəqliyyat vasitələrinə;

2) 3.2—3.8 — işarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən, habelə bu sahədə yaşayan və ya işləyən vətəndaşlara xidmət edən və ya məxsus olan nəqliyyat vasitələrinə. Belə hallarda, nəqliyyat vasitələri işarələnmiş sahəyə təyinat yerinə ən yaxın olan yolayrıcından girib-çıxmalıdırlar;

3) 3.28—3.30 — taksometri işləyən taksilərə;

4) 3.2, 3.28—3.30 — I və II qrup əlillərin idarə etdiyi tanınma nişanına malik nəqliyyat vasitələrinə;

5) 3.18.1, 3.18.2 nişanlarının qüvvəsi, qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə aiddir.

VI. 3.16, 3.20, 3.22, 3.24, 3.26—3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmuş digər ikinci dərəcəli yollarda kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir.

VII. 5.22 nişanı ilə işarələnən yaşayış məntəqəsindən qabaqda qurulmuş 3.24 nişanı həmin nişana qədər qüvvədə olur.

VIII. Nişanların qüvvədə olduğu sahə aşağıdakı üsullarla azaldıla bilər:

1) 3.16 və 3.26 nişanları üçün — 7.2.1 lövhəciyi tətbiq etməklə;

2) 3.20, 3.22, 3.24 nişanları üçün — onların qüvvədə olduğu sahənin qurtaracağında müvafiq olaraq 3.21, 3.23, 3.25 nişanları qoymaqla və ya 7.2.1 lövhəciyi tətbiq etməklə. 3.24 nişanının qüvvədə olduğu sahəni maksimum hərəkət sürətinin başqa kəmiyyəti göstərilən 3.24 nişanı qoymaqla azaltmaq olar;

3) 3.27—3.30 nişanları üçün — onların qüvvədə olduğu sahənin qurtaracağında 3.27—3.30 nişanlarını 7.2.3 lövhəciyi ilə təkrarən qoymaqla və ya 7.2.2 lövhəciyi tətbiq etməklə, 3.27 nişanı 1.4 nişanlama xətti ilə birlikdə; 3.28 nişanı isə 1.10 nişanlama xətti ilə birlikdə tətbiq edilə bilər: bu zaman nişanların qüvvədə olduğu sahə nişanlama xəttinin uzunluğu ilə müəyyənləşdirilir.

IX. 3.10, 3.27—3.30 qadağan nişanlarının qüvvəsi yolun yalnız nişan qurulmuş tərəfinə şamil edilir. 

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Abdulla Faramazov 22 Fevral 2017 18:58
sürücünün bilglsi