Məmur yol qəzasında öldü

Qəzalar 19 Oktyabr 2014 12:19 Oxunub 1846
Məmur yol qəzasında öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qusarda ölümlə nəticələnən qəzada ölənin kimliyi bəlli olub

Qusarda ölümlə nəticələnən qəzada ölən şəxsin kimliyi bəlli olub. Qusar polis şöbəsi əməkdaşlarının apardığı tədbirlər nəticəsində ölənin şəxsiyyətini müəyyən etmək mümkün olub. Bu, 1956-cı il təvəllüdlü Qusarın Mucuq kənd sakini Şaiq Səbətulla oğlu Qaslanov olub. O, Qusar İcra başçısının Mucuq inzibati ərazi vahidliyi üzrə icra nümayəndəsi olub. Hadisə Qusarın Kirik kəndində baş verib. Qəza zamanı "Mitsubishi" markalı avtomobili idarə edənin kimliyi müəyyənləşib. 

Xatrıladaq ki, oktyabrın 18-i "Mitsubishi" markalı avtomobilin sürücüsü idarə etməni itirərək yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Xilasedicilər ölənin meyitini deformasiyaya uğramış avtomobildən çıxarıblar.

 
Fidan
ŞƏRH YAZ
Ad

E-mail

Şərh