Bakının mərkəzində avtobus divara girdi – FOTOLAR

Qəzalar 20 Oktyabr 2014 13:52 Oxunub 1436
Bakının mərkəzində avtobus divara girdi – FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Metronun yanında iki avtobus və bir minik maşını bir-birinə çırpılıb

İçərişəhər metorusunun yaxınlığında qəza baş verib. Avtosfer.az gün.az-a istinadən xəbər verir ki, Səbail rayonu, Şeyx Şamil küçəsində («İçərişəhər» metrostansiyası ilə üzbəüz küçə) dayanacağın yanında 77 saylı marşut avtobusu “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Bu zaman arxadan gələn 193 saylı avtobus isə onlara dəyməmək üçün ani dönmə hərəkəti edib. Nəticədə avtobus divara çırpılıb. Xoşbəxtlikdən hər üç avtomobildəki insanlar xəsarət almayıb.

Hadisə nəticəsində həmin ərazidəki küçələrdə böyük tıxac yaranıb. Hazırda polis əməkdaşları əzilmiş avtomobillərin evaukasiya edilməsi və tıxacın aradan qaldırılması üçün çalışır. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh