Səmaya qalxan helikopterin motoru fırlansa da, pərləri fırlanmır – VİDEO
Avtosfer TV
4 Mart 2017 20:00
Oxunub 3330
Halbuki "sirr" çox sadədir
Son iki gündə sosial şəbəkələrdə sürrealist görüntülü video paylaşılır. ABŞ-ın Nyu-York şəhərində çəkilmiş bu videoda meydançadan səmaya qalxan helikopterin motoru fırlansa da, pərləri fırlanmır. Avtosfer.az milli-yə istinadən bildirir ki, sosial şəbəkə istifadəçiləri görüntüləri "magiya" adlandırırlar. Halbuki "sirr" çox sadədir. Video montaj edilərkən kadrların tezliyi heliktopterin pərlərinin fırlanma tezliyi ilə sinxronlaşdırıldığından pərlər tərpənməz təsir bağışlayır.
ŞƏRH YAZ