Yük maşını 85 yaşlı qadını vurub

Qəzalar 23 Oktyabr 2014 12:44 Oxunub 1292
Yük maşını 85 yaşlı qadını vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mingəçevirdə piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib

Mingəçevir şəhərində piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Şəhər sakini, 1929-cu il təvəllüdlü Verdiyeva Zəhra Ələkbər qızı yolu keçərkən sürətlə hərəkət edən “SHACMAN” markalı yük maşını onu vurub. Yük avtomobilinin sürücüsü hadisə yerindən qaçıb.  85 yaşlı qadın aldığı ağır bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən sürücünün tapılması üçün hazırda polis əməkdaşları tərəfindən əməliyyat - axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh