Qaradağda ağır avtobus qəzası: ölənlər və xeyli yaralı var

Qəzalar 23 Oktyabr 2014 16:05 Oxunub 1537
Qaradağda ağır avtobus qəzası: ölənlər və xeyli yaralı var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza nəticəsində 2 nəfər ölüb, 11 nəfər xəstəxanalara yerləşdirilib 

Bakıda avtobus qəzası baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə Qaradağ rayonu ərazisində, Dərin Özüllər Zavodunun qarşısında qeydə alınıb. Sərnişin avtobusu yük maşını ilə toqquşaraq aşıb. Nəticədə xeyli sayda sərnişin xəsarət alıb. Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından verilən məlumata görə, qəza hadisəsi nəticəsində müxtəlif xəsarətlər salan 11 nəfər təcilli tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıb.

Son məlumatlara görə, sərnişin mikroavtobusunun yük maşını ilə toqquşması nəticəsində 2 nəfər ölüb, 11 nəfər xəsarət alıb. Hadisə Bakı-Qazax yolunun 16-cı kilometrliyində qeydə alınıb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 90 JB 642 dövlət nömrə nişanlı, “Ford” markalı yük maşını ilə 10 LK 183 dövlət nömrə nişanlı “Ford” markalı sərnişin mikroavtobusu toqquşub. İlkin məlumata görə, qəza zamanı mikroavtobusda olan iki nəfər dünyasını dəyişib, 11 nəfər xəsarət alıb. Meyitlər Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən mikroavtobusdan çıxarılıb.

Hazırda yol polisi hadisə yerində araşdırma aparır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh