Nömrə ilk dəfə avtomobilə hansı ölkədə verilib? - FOTOLAR

Avtoxəbər 26 Aprel 2014 12:42 Oxunub 3423
Nömrə ilk dəfə avtomobilə hansı ölkədə verilib? - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
1901-ci ildən başlayan nömrə verilməsi prosesinə avtomobili cəlb etmirmişlər

Yol hərəkəti və bu hərəkətin təşkilinin tarixi olduqca qədim dövrlərə gedib çıxır. At arabalarının işə salınması, eləcə də at, fil, dəvə və digər heyvanların minik vasitəsi kimi istifadəsinin özü də yol hərəkətini, yol mədəniyyətini formalaşdıran ilk addımlar idi. İki əsrdir mövcud olan avtomobillər isə yol hərəkətinin mükəmməl formasıdır. İlk avtomobillər heç bir qeydiyyat nişanı olmadan istehsalçı zavod tərəfindən sıtılır və o cür də istifadə olunurmuş. Lakin zaman keçdikcə maşınların sayı artır və onları bir-birindən fərqləndirmək üçün hər bir avtomobilə nömrə verilməsinə başlanılıb. Bu prosesə ilk dəfə 1901-ci ildə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində satart verilib. O vaxt hətta nömrə nişanlarda həriflər də yox imiş. Sadəcə 1, 2 və daha sonra 3 və 4 rəqəmli nömrələr yazılıb maşınların üzərinə vurulurdu. Amerikalılar avtomobilə nömrə alarkən cəmi 1 dollar rüsum ödəyirmişlər. Ən maraqlısı da odur ki, hər bir sürücü avtomobilinə nömrə almağa gələrkən avtomobili nömrə verən orqana təqdim etmirmiş. Sadəcə olaraq şifahi şəkildə avtomobil və onun texniki vəziyyəti barədə qısaca məlumat verirmiş. Beləliklə, düz 113 il bundan öncə dünyada ilk dəfə avtomobilə nömrə verilib. Vaxttilə 1 dollara satılan nömrələri indi müxtəlif ölkələrdə müxtəlif qiymətə almaq olar. Ərəb ölkələrinin birində sadəcə 1 rəqəmi yazılmış nömrə üçün 1 milyon dollar ödənildiyini də yada salmaq maraqlı olardı.

Hazırda dünyada bir çox nömrə nişanı forması mövcuddur. Eyni zamanda, bəzi dövlətlərdə tələb olunan rüsumu ödəməklə istədiyin adı nömrə əvəzinə yazdırıb avtomobilin üzərinə yerləşdirmək mümkündür. Azərbaycanda isə dövlət qeydiyyat nişanları 4 formada olur. Ağ rəngdə olan nömrə nişanlara çox avtomobildə rast gələ bilərik. Sarı rəngli nömrələr isə əcnəbi şirkətlərin Azərbaycandakı nümayəndəliklərinə verilir. Qırmızı nömrə diplomatik korpuslara məxsus avtomobillərin üzərində olur. Göy rəngli nömrələr isə ümumi istifadədə olan nəqliyyat vasitələrində, yəni taksi, avtobus, tramvay və tralleybuslarda ola bilər.


Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh