Yola verməyə pulunuz var? Pullu yollarımız olacaq

Yazarlar 30 Oktyabr 2014 15:23 Oxunub 2245
Yola verməyə pulunuz var? Pullu yollarımız olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: «Özəl şirkətlərin pullu yol tikintisinə maraq göstərməsi o qədər də inandırıcı deyil»

 

 

«Dünyanın hər yerində pullu yolun mütləq pulsuz alternativi olmalıdır»

 

Dünyanın əksər ölkələrində pullu yollar yaradılsa da, Azərbaycanda bu sahədə təcrübə yoxdur. Artıq bunun ilkin sınağı da aparılıb deyə bilərik. Bir neçə ildir İçərişəhərə avtomobillərin giriş pulludur. Düzdür, ərazi tarixi-qorunan məkan olduğu üçün bu addım atılıb. Amma sürücülər pulu rahatlıqla ödəyirlər.

Bu gün qonşu Rusiya, İran, Türkiyədə ödənişli yol və körpülərdən istifadə olunur. Gün ərzində Bogaziçi və Fatih Sultan Mehmət körpüsündən 3 milyondan artıq nəqliyyat vasitəsi keçir. Sürücülər nəqliyyat vasitələrinə görə 1 manat 30 qəpik-15 manat arasında pul ödəyirlər. Hər il ödənişli yollardan dövlət büdcəsinə 300 milyon manat vəsait daxil olur. Artıq Azərbaycanda da ödənişli yollar ola bilər. Avtomobil yolları haqqında qanuna edilən son dəyişikliyə əsasən, dövlət mülkiyyətində olan ödənişli avtomobil yollarında qiyməti Tarif Şurası müəyyənləşdirəcək. Bu qanun 2000-ci ildən mövcud olsa da, onun ödənişli avtomobil yolları ilə bağlı hissəsinin təqbiqindən indi danışılır. 

Ekspertlər hesab edir ki, pullu avtomobil yollarında əsas məsələ sürətin təmin edilməsi və sürücülərin təhlükəsizliyinin təmin edilməsidir. Azərbaycanın həm iqtisadi potensialı, həm də relyefi bu cür yolların tikinlməsinə imkan verir. Hazırda ölkədə tikintisi gedən bir neçə yolun pullu olacağı istisna edilmir. Bakı- Quba- Rusiya yoluna alternativ 60 kilometrlik avtomobil yolu ödənişli ola bilər. Ələt-Astara istiqamətdə mövcud yola alternativ çəkilən magistral da pullu olması mümkündür. 

Ekspert Ərşad Hüseynov deyir ki, bu layihə milyonlarla vəsait tələb edir:  «Dövlətin dəstəyi ilə bərabər alternativ mənbələr, özəl şirkətləri, xarici bankları yol tikintisinə cəlb etmək olar. Amma özəl şirkətlərin pullu yol tikintisinə maraq göstərməsi o qədər də inandırıcı deyil. Proseslərin gedişi göstərir ki, özəl şirkətlərin bu işə marağı olmayacaq. Yol tikmək və bundan sonra gəlir əldə etmək asan məsələ deyil. Bu işə külli miqdarda investisiya qoymaq lazımdır. Sonradan isə həmin vəsait qəpik-qəpik geri qaydacaq. Özü də dünyanın hər yerində pullu yolun mütləq pulsuz alternativi olmalıdır. Həmin alternativ yol da bütün standartlara cavab verməlidir. Özü də həmin yol digərindən maksimum 10-20 faiz artıq ola bilər. Yəni, misal üçün Bakıdan-Şamaxıya pullu yol çəkilsə və bu yol indiki kimi 120 kilometr olsa, onda alternativ pulsuz yol maksimum 140 kilometr ola bilər. Həmçinin, xüsusi avtomobil nəqliyyatı həmin yollardan pulsuz istifad edə bilər. Dünyanın əksər ölkələrində pullu yolu da elə dövlət çəkir. Məqsəd də ondan ibarətdir ki, bununla yolların istifadəsinə çəkilən xərcin bir hissəsini qarşılasın. Həmiçinin, bu ylolların istismara verilməsi ilə digər yolların istismarını bir qədər azaltsın. Amma ən öhəmli şərt odur ki, pullu yola mütləq alternativ yol olmalıdır. Həmçinin, digər yol pullu yola nisbətən bir kateqoriya aşağı olur. Bu isə o zaman reallaşa bilər ki, həmin yolun alternativi olsun. Digər tərəfdən qiyməti aşağı etməklə intensivliyi altırmaq, baha etməklə isə o yolları boş qoymaq olar».

 

Ucnoqta.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh