Kim kimə yol verməlidir? – SUALIN DOĞRU CAVABI

Yarışma 3 Noyabr 2014 17:45 Oxunub 5136
Kim kimə yol verməlidir? – SUALIN DOĞRU CAVABI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qadibin adını açıqlayır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Hansı sürücü yol verməlidir?

A) Tramvayın sürücüsü;

B) Minik avtomobilinin sürücüsü;

C ) Bu vəziyyət qaydalarla tənzimlənmədiyindən sürücülər öz aralarındakı razılığa uyğun hərəkət etməlidirlər.

Suala oxucular tərəfindən verilən cavabları təqdim edirik:

 

Zahir Valiyev - B variantı. Minik avtomobilinin sürücüsü yol verməlidir.

 

Rasim Selimli - A Tramvayın sürücüsü;

 

Zakir_ibrahimoglu - B Minik avtomobilinin sürücüsü;

 

Chingiz - Cavab B-minik avtomobili yol vermelidir.

 

Əşrəf - Minik avtomobilin surucusu yol vermelidir

 

Asif - Variant B minik avtomobilin surucusu cunki orda niwan var o nishan traleybus yolunu gosterir

 

Zaur - Minik avtomibili yol vermelidirB cavab

 

Telman Qasanov - Eyni ehemiyyetli yoldur ,Eyni ehemiyyetli yollarda tramvay hereket istiqametinden asilili olmayaraq diger yol hereketi istirakcilari qarsisinda ustunluye malikdir! Cavab B variantidir

 

Əlhəddin Cekli Paşayev - Cavab B-minik avtomobili yol vermelidir.

 

Rufat Hasanov - Cavab B

 

Sualın doğru cavabı isə belədir: «Yol hərəkəti haqqında” Qanunun 48-ci maddəsinin III hissəsinə əsasən, yolayrıcından kənarda, tramvay yollarının yolun hərəkət hissəsi ilə kəsişdiyi yerlərdə tramvay, onun depodan çıxması hallarından başqa, relssiz nəqliyyat vasitələrinə nisbətən üstünlüyə malikdir. Deməli, doğru cavab «B» variantıdır: Bu vəziyyətdə minik avtomobilinin sürücüsü tramvaya yol verməlidir.

Beləliklə, ötən həftənin qalibi Zahir Valiyevdir. Onu təbrik edirik. «Repsol» avtomobil yağlarından 20 manatlıq hədiyyəyə sahib olmaq üçün 055 335 15 59-a zəng etmək xahiş olunur.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az-da suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Eyni zamanda, sualı oxumadan cavab yazanları da diqqətli olmağa çağırırıq. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Anar Qasimov 10 Noyabr 2014 22:55
Cavab B