Kim yol verməlidir? - YENİ SUAL
Yarışma 4 Noyabr 2014 15:04 1216 dəfə oxunub
Kim yol verməlidir? - YENİ SUAL
Öyrənək, öyrədək!

Avtosfer.az saytı bu həftənin yeni sualını təqdim edir. Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov tərəfindən tərtib olunan və «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim edilən sual belədir:

Kim yol verməlidir?

A) Avtomobil sürücüsü;

B) Velosipedçi;

C) Bu vəziyyət qaydalarla tənzimlənmədiyindən sürücü və velosipedçi öz aralarındakı razılığa uyğun hərəkət etməlidirlər.

 

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az-da suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Eyni zamanda, sualı oxumadan cavab yazanları da diqqətli olmağa çağırırıq. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad
E-mail
Şərh
Elçin | 0 0000 00:00
A Avtomobil sürücüsü;
asif baqirov | 0 0000 00:00
A. Avtomobil sürücüsü yol verməlidi
Natiq | 0 0000 00:00
A - çünkü Yol hərəkəti haqqında Qanunun 46-cı maddəsinin III hissəsinə əsasən yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində velosiped və moped sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər. Şəkildə isə velosiped zolağı yol ayrıcında avtomobil yolu ilə kəsişir ki, bu halda da hərəkət ardıcıllığı adi qaydada olmalıdır, yəni sağdakı nəqliyyat vasitəsinə yolverilməlidir.
cefer | 0 0000 00:00
avtomobil surucusu
amina | 0 0000 00:00
A Avtomobil sürücüsü;
Terane | 0 0000 00:00
Birinci velesobetci kecmelidir cunki yol onudur yol isareleride bunu gosderir