Məktəblini maşınla vurub öldürdülər

Qəzalar 5 Noyabr 2014 15:01 Oxunub 1435
Məktəblini maşınla vurub öldürdülər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xudat şəhərində piyada ölümü ilə nəticələnən yol qəzası baş verib

Xaçmaz rayonu Xudat şəhərində ağır yol qəzası baş verib. Orta məktəbb şagirdi avtomobil tərəfindən vurulub. Xaçmaz rayon polis şöbəsinin müstəntiqi Namiq Mirzəzadənin anspress-ə verdiyi məlumata görə, hadisə Mirzə fətəli Axundov adına küçədə baş verib. Belə ki, 1984-cü il təvəllüdlü Saleh Telman oğlu Məmmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil yolu keçən 2003-cü il təvəllüdlü Məhəmməd Emrus oğlu Nəbiyev vurulub. Piyada hadisə yerində ölüb. Qeyd edək ki, Məhəmməd Nəbiyev orta məktəbin 6-cı sinif şagirdidir. Aparılacaq tibbi ekspertiza nəticəsində hadisənin piyada, yaxud sürücünün günahı ucbatından baş verdiyi mlum olacaq. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh