Azərbaycanda Ukrayna vətəndaşları ağır qəzaya düşdü

Qəzalar 5 Noyabr 2014 18:34 Oxunub 1421
Azərbaycanda Ukrayna vətəndaşları ağır qəzaya düşdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ana və övladı xəsarət alaraq xəstəxanaya yerləşdirilib

Bu gün günorta saatlarında Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın verdiyi məlumata görə, 10 SU 507 dövlət nömrə nişanlı, BMW markalı nəqliyyat vasitəsi qarşıda hərəkətdə olan “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində “Hyundai”da olan Ukrayna vətəndaşları ana və övladı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlar – 1976-cı il təvəllüdlü Kebotay Ludmila Nikolayevna və onun oğlu 1997-ci il təvəllüdlü Kebotay İqoreviçdir. L.Kebotaya qapalı kəllə-beyin travması, oğluna isə sınıq diaqnozu qoyulub.

Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh