Avtobus yük maşını ilə toqquşdu: 27 yaralı

Qəzalar 7 Noyabr 2014 00:48 Oxunub 1396
Avtobus yük maşını ilə toqquşdu: 27 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzanın səbəbi hələlik müəyyənləşdirilməyib

ABŞ-ın Nyu York ştatının Sirakyus şəhəri yaxınlığında turistlərlə dolu avtobus  yük maşını ilə toqquşub. APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 27 nəfər xəsarət alıb. Qəzanın səbəbi hələlik müəyyənləşdirilməyib. Məlumata görə, Torontodan Nyu Yorka hərəkət edən avtobus yol kənarında dayanmış yük maşınına çırpılıb. Yük maşının sürücüsü yolda baş vermiş digər qəzanın iştirakçılarına yardım etmək məqsədilə maşını saxladığı bildirilir.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh