Bakıda ağır qəza: 4 yaralı

Qəzalar 7 Noyabr 2014 14:10 Oxunub 1399
Bakıda ağır qəza: 4 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Hyundai" çevrilərək yol kənarındakı ərzaq mağazasının qarşısına düşüb

Bakının Nərimanov rayonunda, Ceyhun Hacıbəyli və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Taksi fəaliyyəti ilə məşğul olan Nuşirəvan Miriyevin idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə Ceyhun Hacıbəyli küçəsi ilə hərəkət edən və Tural adlı şəxsin idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi toqquşub. Toqquşma nəticəsində "Hyundai" çevrilərək yol kənarındakı ərzaq mağazasının qarşısına düşüb.

Aşan avtomobilin sürücüsü Nuşirəvan Miriyev və qəza zamanı onunla maşında olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım maşınları ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Hadisə yerində olan Nərimanov Rayon Polis İdarəsinin növbətçi müstəntiqi Rəfail Cəfərovun APA TV-yə verdiyi məlumata görə, qəza "Mercedes"in sürücüsünün işıqforun yaşıl işığı yanmadan kəsişən yolu yüksək surətlə keçmək istəməsi nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh