«Mersedes» «09»u dairədə vurub əzdi – YENİ VİDEO

Avtoreyd 10 Noyabr 2014 00:35 Oxunub 2827
«Mersedes» «09»u dairədə vurub əzdi – YENİ VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki sürücü hesab edib ki, yol onundur, axırda da belə oldu

Bakıda baş vermiş bu yol qəzası sürücülərin qeyri-peşəkarlığını, yol hərəkəti qaydalarını bilməməsini və ya bilib əməl etməməsini göstərir. Avtosfer.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu qəza yolayrıcı və dairədə hərəkət edən nəqliyyat vasitəsi sürücülürənin qaydaları pozması nəticəsində baş verib. «Mersedes» markalı avtomobil dairədə hərəkətdə olan «VAZ-2109» markalı avtomobili tən ortadan vurur. Nəticədə «09»un ortası batır, yan şüşələri sınır.

Bu qəzada iki məqam diqqəti çəkir. Yol nişanları görsənmədiyi üçün hansı avtomobilin üstünlüyə malik olduğu dəqiq bilinmir. Amma görünən budur ki, «09» dairədədir və əlbəttə ki, dairədə hərəkətdə olan nəqliyyat vasitəsi hərəkəti başa çatdırmalıdır. Digərləri ona yol verməlidir. Bu halda, «Mersedes» qəzaya səbəb olub. Digər halda isə nizamlanmayan yolayrıcının keçilməsi qaydası pozulur. Bu halda isə yol nizamlanmadığı üçün «09» sağdan hərəkət edən və yaxınlaşmaqda olan «Mersedes»ə yol verməli idi.

Görünür, bu şəraitdə hər iki sürücü hesab edib ki, yol onundur. Axırı da belə olub. Amma bütün hallarda, həmin sürücülərdən biri 2 saniyə səbr etsəydi, qəza da baş verməzdi. Yəni, biri qaydaları bilməyəndə digəri səbrlə yanaşmalıdır. Vay o günə ki, ikisi də qaydaları bilməsin…

Digər yol qəzasının başvermə səbəbi isə avtomobillərin yolun hərəkət hissəsində düzgün yerləşdirilməməsidir. Sağda avtobuslar, solda ağır yük maşını hərəkət edir. «Opel» isə onların ortasında hərəkətdədir. Görünür, yük maşınının sürücüsü «Opeli» görmür və kiçik toqquşma baş verir. Burada «Opel»in sürücüsü düşüb hay-küy salsa da, əslində, günah elə ondadır. Çünki onun avtomobilinin bir hissəsi orta zolaqda, yarısı isə yük maşını olan zolaqdadır. Eyni vaxtda iki zolağı zəbt etməyin axırı belə olur…

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh