«TIR» «Kamaz»a çırpıldı; türk vətəndaşı öldü

Qəzalar 29 Aprel 2014 12:08 Oxunub 1741
«TIR» «Kamaz»a çırpıldı; türk vətəndaşı öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı-Qazax yolunda ağır qəza baş verib

Bu gecə Bakı-Qazax yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı xəbərə görə, Bakı-Qazax yolunun 326-cı kilometrliyində “TIR” markalı yük avtomobili idarəetməni itirərək, qarışısında hərəkətdə olan “Kamaz” markalı yük avtomobilinə çırpılması nəticəsində yol nəqliyyat qəzası baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunmuşdur ki, ağır deformasiyaya uğramış “TIR” markalı yük avtomobilinin sürücüsü 1964-cü il təvəllüdlü Hasan Ayan İsmət oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xilasedicilər H.Ayanın cəsədini deformasiyaya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh