Bakıda yol qəzası: sürücü xəsarət alıb

Qəzalar 29 Aprel 2014 12:11 Oxunub 1736
Bakıda yol qəzası: sürücü xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol Patrul Xidmətinin əməkdaşları avtomobilləri cərimə meydançasına, sürücüləri isə polis şöbəsində aparıblar

Paytaxtın Nərimanov rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol qəza hadisəsi baş verib. APA-nın xəbərinə görə, "Mazda" markalı avtomobil Koroğlu Rəhimov küçəsi ilə yüksək sürətlə hərəkətdə olarkən eyni küçə ilə əks istiqamətdə hərəkət edən "Nissan"ı vurub. Zərbə güclü olduğundan "Mazda"nın sürücüsü baş nahiyəsindən xəsarət alıb. Hadisə yerinə gələn Təcili Tibbi Yardım yaralıya müdaxilə edib. Ərazidə xidmət göstərən Yol Patrul Xidmətinin əməkdaşları avtomobilləri cərimə meydançasına, sürücüləri isə polis şöbəsində aparıblar. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh