Avtosfer.az | Reklam
Rüşvət alan daha bir yol polisinin videosu yayıldı - VIDEO
Avtobazar 29 Aprel 2014 16:12 2054 dəfə oxunub
Rüşvət alan daha bir yol polisinin videosu yayıldı - VIDEO
Videoda əks olunan yol polisi maşınının dövlət nömrə nişanı YPX 365-dir

Facebook sosial şəbəkəsində yol polisinin rüşvət alması ilə bağlı yeni video paylaşılıb. Videodan görünür ki, yol polisi sürücünü saxlayıb. O, sürücüdən pul alaraq cibinə qoyur. Videoda əks olunan yol polisi maşınının dövlət nömrə nişanı YPX 365-dir. Ən qəribəsi isə odur ki, maşının üstündəki nömrə ondan fərqli olaraq 548-dir. Halbuki yol polisi maşınlarında bütün nömrələr eyni olur. Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ANS press-ə bildirib ki, bu barədə hələlik onlarda məlum yoxdur. Onun sözlərinə görə, hələ həmin video ilə tanış olmayıb. Lakin istənilən halda bu qanun pozuntusudur. “Ola bilər həmin video çoxdan çəkilib və həmin əməkdaşımız işdən çıxarılıb. Bəlkə də, təzə çəkilib. Dediyiniz məsələni araşdırarıq”, - deyə K.Əliyev vurğulayıb. Rəisin sözlərinə görə, hazırda Azərbaycanda yol polisi sürücülərdən cəriməni nağd şəkildə ala bilməz. Bu qanunla yolverilməzdir. Əgər hansısa yol polisi vətəndaşdan pul alırsa, həmin şəxs idarəyə mütləq bildirsin. Dərhal rüşvət alan yol polisi cəzalandırılacaq.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh
2ral | 0 0000 00:00
bu uzden iraq sifeti normal kishi gorunushli adamla evez etmek olmaz bu oglani efirde gorende homoseksuallarin Azerbaycanda bash galdirdigini dushunurem