Üç maşın bir kişini öldürə bilmədi - VİDEO
Avtoreyd 28 Noyabr 2014 01:29 1503 dəfə oxunub
Üç maşın bir kişini öldürə bilmədi - VİDEO
Xəstəxanaya çatdırılan yaralının həyati üçün təhlükə olmadığı üzə çıxıb

Üç dəfə maşın vurdu, sağ qaldı. Qəribə olay Çinin Cianqsu vilayətində baş verib. Avtomobillə dolu yolda 3 fərqli nəqliyyat vasitəsi tərəfindən vurulan adam ölümdən müxtəlif dərəcəli  xəsarətlərlə dönüb. Müşahidə kamerasından lentə alınan görüntülərdə orta yaşlı bir sakinin yolu keçməyə çalışdığı öz əksini tapır. Bu vaxt bir avtomobil onu vurur və çinli yerə yıxılır. Bir neçə saniyə ərzində o ikinci avtomobilin altında qalır. Lakin bu da son olmur.  Ətrafdakılar yerdə qıvrılan adamın köməyinə qaçır. Sağ qalan çinli ayağa qalxmaq istəyən vaxt 3-cü avtomobilin sürücüsü qəfil əyləci sıxır. Arxadakı maşının sürücüsü bunu gözləmədiyindən öndəki maşına çırpılıb və həmin maşın da yerdəki şanssız adamın üstündən keçib.

Xəstəxanaya çatdırılan çinlinin həyati təhlükəsinin olmadığı üzə çıxıb. Çin mediyasını məlumatına görə, Li adlı şəxsin ən böyük problemi onun əqli durumundadır. Onun ruhi xəstə olduğunu deyən şəhər sakinləri hadisə baş verməzdən qabaq Linin yolun kənarında ot qırıb yediyinə diqqət çəkib. 3 qəzada bir ayağı, 6 qabırğası sınan Linin səhhətinin yaxşılaşdığı bildirilir. ATVxəbər

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh