Avtomobili bu cür idarə etmək olarmı? - FOTOLAR

Avtoxəbər 29 Aprel 2014 20:22 Oxunub 2384
Avtomobili bu cür idarə etmək olarmı? - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qaydalar sürücüdən hərəkət vaxtı sükanı mütləq tutmağı tələb edir

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov havalar isinərkən sürücülərin etdiyi maraqlı bir vərdişlə bağlı fikirlərini açıqlayıb. Ekspert bildirir ki, havalar istiləşəndən sonra bəzi sürücülər qolunu pəncərədən çıxararaq sallamağa başlayıblar: «Əksəriyyətimizin yekəxanalıqdan etdiyimiz və yumşaq desək, ədəbsizlik olan bu hərəkət çox təhlükəlidir. Düzdür, yol hərəkəti qaydaları avtomobilin hərəkəti vaxtı qolun pəncərədən çıxarılmasını qadağan etmir. Amma qaydalar sürücüdən hərəkət vaxtı sükanı mütləq tutmağı tələb edir. Təhlükəsizlik qaydaları isə hərəkət şəraitindən asılı olaraq daha güvənli olmaq üçün sükanı hər iki əllə tutmağı tələb edir. Ən başlıcası isə sadəcə, can güvənliyidir. Məsələn, ötən ilin yayında şəxsən mənim eşitdiyim iki halda sürücünün bayırdan sallanan qolu zədələnmişdi. Birində hətta qol iki yerdən sınmışdı. Əgər həmin sürücünün qolu çöldə olmasaydı, qəza avtomobilin yüngül əzilməsindən ibarət olardı. Əziz sürücülər! Özünüzü mənasız şeylərlə riskə məruz qoymayın».

 

avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh