Şeyx qırmızı işıqdan keçən sürücülərlə bağlı fitva verib

Avtoxəbər 4 May 2014 00:52 Oxunub 3179
Şeyx qırmızı işıqdan keçən sürücülərlə bağlı fitva verib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Qırmızı işıqda yolu keçmək böyük günahdır”

Səudiyyə Ərəbistanının baş müftisi Əbdüləziz əş-Şeyx qırımızı işığı keçən sürücülərlə bağlı dini fitva verib. Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, bu nüfuzlu din xadimi bildirib ki, sürücülər qırmızı işıqda yolu keçməklə “böyük günah işlədir”. “Quranda deyilir: “Bir günahsızı öldürmək, bütün insanlığı öldürməyə bərabərdir. Bir nəfəri xilas etmək isə bütün dünyanı xilas etməkdir””- deyə, o, vurğulayıb. Mənbə xatırladıb ki, dünya üzrə yol-nəqliyyat hadisələrinə görə, Səudiyyə Ərəbistanı ön sıralardadır. Hər gün krallığın yollarında baş verən qəza nəticəsində orta hesabla 17 nəfər həlak olur. Polisin məlumatına əsasən, yol-nəqliyyat hadisələrinin 3-də biri işıqforun qırmızı işığında keçərkən baş verir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Azeri 1 10 Noyabr 2014 22:55
Vehabilər eşidin. yeriniz cəhənnəmdi barı əlin qana boyamayanlar düşünsün