Bakıda «Mersedes» «07»ni bu hala saldı - ŞOK VİDEO
Avtoreyd 15 Dekabr 2014 00:53 4251 dəfə oxunub
Bakıda «Mersedes» «07»ni bu hala saldı - ŞOK VİDEO
Nərimanov rayonunda baş vermiş ağır qəzanın görüntüləri yayılıb

Avtosfer.az Bakıda baş vermiş daha bir yol qəzasının videosunu təqdim edir. Görüntülər Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınıb. Hadisə Nərimanov rayonu ərazisində – 5 nömrəli şəhər kliniki xəstəxanasının qarşısındakı svetoforda baş verib. Svetoforun qırmızı işığının yandığını görən «VAZ-2107» markalı avtomobilin sürücüsü qəflətən avtomobili saxlayır. Bu zaman arxadan yüksək sürətlə gələn «Mersedes» ona çırpılır. Zərbə o qədər güclü olur ki, «07» bir neçə metr irəli atılır və baqajı yoğrularaq əcaib formaya düşür.

Əslində, bu cür situasiyalar tez-tez baş verir. Sadəcə, nəzərə almaq lazımdır ki, svetoforun işığı sayrışırsa arxada gələn avtomobilin sürücüsü qarşıdakı nəqliyyat vasitəsinin hərəkətlərini diqqətlə izləməlidir. Ən azından tormoz işıqlarına baxmaq kifayət edər ki, qarşıdakı maşının dayanıb-dayanmayacağını müəyyən edəsən. Bu cür vəziyyətlərdə ehtiyyatlı olmaq, sayrışan svetofora yaxınlışanda sürəti artırmaq əvəzinə azaltmaq lazımdır. Xüsusən də qarşıda maşın varsa, sürəti dərhal azaltmaq lazımdır. Çünki qarşıdakı maşının bu videodakı kimi qəfil dayanacağını nəzərə almaq lazımdır.

 

Elməddin

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh
Serxan | 0 0000 00:00
besdi qezalar oldu
Turan | 0 0000 00:00
Burada video ne gezir