«Jaguar Land Rover» satışı dayandırdı
Al-sat 19 Dekabr 2014 01:21 8036 dəfə oxunub
«Jaguar Land Rover» satışı dayandırdı
Daha bir avtomobil brendi rublun "zibil"inə düşdü

Britaniyanın «Jaguar Land Rover» avtomobil şirkəti Rusiyada satışı dayandırdı. Rusiyada bu ilin yanvar-noyabr aylarında 19 min 100 Land Rover və 1500 Jaguar satılıb. Avtosfer.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, şirkətin dekabrın 18-də verilən bu qərarı hələlik iki gün qüvvədə olacaq. Dekabrın 19-da şirkət maşınların qiymət siyasəti ilə bağlı qərar verməlidir.

«Jaguar Land Rover»in bugünkü qərarı rublun sürətlə düşməyi ilə bağlıdır. Bundan əvvəl eyni qərarı «Audi», «General Motors» şirkətləri də vermişdi.

Qeyd edək ki, böyük şirkətlərin qərarı rublun qiymətinin tez-tez enib düşməsi ilə bağlıdır. Bu səbəbdən satış şirkətləri malları üçün qiymət müəyyənləşdirə bilmirlər.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh