Bakıda avtobusda sərnişinlər ölümlə üz-üzə - Təkər yanır, sürücü saxlamır - VİDEO

Avtosfer TV 24 Yanvar 2018 10:20 Oxunub 1473
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobusun təkəri yandığı üçün salonu tüstü bürüsə də, sürücü hərəkəti davam etdirib

Bakıda ictimai nəqliyyatda daha bir biabırçı hadisə baş verib. Belə ki, avtobus sürücüsü məsuliyyətsizlik edərək sərnişinlərin həyatını təhlükəyə atıb. Oxuculardan birinin Avtosfer.az-a göndərdiyi videodan məlum olur ki, hadisə yanvarın 21-də, saat 10.20 radələrində 32 nömrəli avtobusda baş verib. “Neftçilər” metrostansiyasının yanından NZS qəsəbəsinə gedən avtobusun arxa sol təkəri qəflətən yanaraq tüstüləməyə başlayıb. İçərini tüstü bürüsə də, sürücü avtobusu dayandırmadan hərəkəti davam etdirib.

Avtosfer.az həmin görüntüləri təqdim edir:

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh