Maşınla birlikdə çaya düşən müəllimin cəsədi tapılmır - FOTO

Gündəm 27 Dekabr 2014 01:14 Oxunub 1541
Maşınla birlikdə çaya düşən müəllimin cəsədi tapılmır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şagirdinə görə ölən müəllimin cəsədinin axtarışları üç həftədir davam edir

Kür çayının Sabirabaddan keçən hissəsində körpüdən suya düşüb batmaqda olan maşından 9 yaşlı məktəbli Güldəstə Hüseynovanı xilas etsə də özü sulara qərq olmuş Əhliman Hüseynovun cəsədi hələ də tapılmayıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, Ə.Hüseynovun cəsədinin axtarışları artıq üçüncü həftədir davam edir. Axtarışlarda FHN-in müvafiq strukturları ilə yanaşı yerli sakinlər də iştirak edir. Amma meyiti tapmaq hələ mümkün olmayıb. Buna baxmayaraq nə FHN, nə də mərhum Ə.Hüseynovun yaxınları axtarışları dayandırmaq fikrində də deyillər.

Qeyd edək ki, faciəvi hadisə dekabrın 5-də baş verib. Sabirabad şəhəri 5 saylı orta məktəbin müəllimi Ə.Hüseynovun şəxsi maşını ilə səhər Cavad kəndindəki evindən iş yerinə - məktəbə gedərkən idarəetməni itirən avtomobil körpüdən çaya düşüb. Maşında onun qonşusunun həmin məktəbdə oxuyan qızı 9 yaşlı Güldəstə Hüseynova da olub. Məktəbli qız Ə.Hüseynov və əsl qəhrəmanlıq göstərən Dəyanət Şıxəliyevin sayəsində xilas edilsə də müəllim çayda boğularaq batıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh