Bakıda «Shaqman» keçidə çırpıldı - FOTO

Gündəm 28 Dekabr 2014 13:26 Oxunub 1521
Bakıda «Shaqman» keçidə çırpıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzadan sonra yerüstü piyada keçidinin yararsız hala düşdüyü bildirilir

Xocasəndə yük maşını piyada keçidinə çırpılıb. Avtosfer.az-ın məlumatına görə, Xocasən-Lökbatan yolunun 2-ci kilometrliyində, Xocasən qəsəbəsində "Shachman" markalı yük avtomobili kuzovu açıq vəziyyətdə yerüstü piyada keçidinin altından keçərkən ona çırpılıb və yararsız hala salıb. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC mətbuat xidmətindən məlumat verilib. Hazırda hadisə yerinə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin əməkdaşları gəlib və keçiddən heç kim tərəfindən istifadə edilməməsi üçün onu hasarlayıblar. Keçidə dəyən ziyan bu gün araşdırılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh