Sabah hava necə olacaq?

Gündəm 28 Dekabr 2014 22:22 Oxunub 1341
Sabah hava necə olacaq?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Havanın gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-averilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gecə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-5, gündüz 7-11, Bakıda isə gecə 3-5, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın bölgələrində hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında bəzi yerlərdə duman və çiskin olacağı gözlənilir. Bəzi bölgələrdə qərb küləyi əsəcək.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh