Texniki baxışda ŞOK ENDİRİM - Azərbaycanda

Avtoxəbər 5 Yanvar 2015 01:00 Oxunub 9044
Texniki baxışda ŞOK ENDİRİM - Azərbaycanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bundan sonra bütün avtomobillər 20 manata texniki baxışdan keçəcəklər

Xəbər verdiyimiz kimi, Milli Məclisdə Vergi Məcəlləsinə edilən son dəyişikliyə əsasən, bu il yanvarın 1-dən avtomobillərə tətbiq olunan yol vergisi ləğv edilir. Ona görə də, bu ildən başlayaraq sürücülər və nəqliyyat vasitəsi sahibləri öz nəqliyyat vasitələrini texniki baxışdan keçirərkən yalnız texniki baxışa görə dövlət rüsümü ödəyəcəklər. Avtosfer.az-ın məlumatına görə, bu o deməkdir ki, bütün şəxslər öz nəqliyyat vasitələrinin mühərrikinin iş həcmindən, markasından, təyinatından və növündən asılı olmayaraq, yalnız bir ödəniş edəcəklər. Həmin ödəniş isə “Dövlət rüsumu haqqında” qanunun 18.65.1 maddəsində müəyyən olunan texniki baxış rüsumudur. Bu rüsumun məbləği avtomobillər üçün 20 manat, motosikletlər, qoşqular və yarımqoşqular (o cümlədən avtomobillər üçün qoşqular və yarımqoşqular) üçün isə 10  manatdır.

Texniki baxış rüsumundan (10 və ya 20 manat) və 1 manatdan artıq olmamaqla bank xərcindən əlavə sürücüdən texniki baxış zamanı hər hansı digər ödənişin (birka pulu, müayinə pulu və başqa ad altında) tələb olunması qanunsuzdur.

Texniki baxışın dövrülüyü isə əvvəlki kimi qalır. Belə ki, minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tonadək olan yük avtomobillri və motosikletlər istehsal ilindən sonrakı 5-ci, 7-ci, 9-cu, 11-ci və sonrakı hər il texniki baxışdan keçməlidir. 

Avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri isə istehsal ilindən sonrakı 2-ci ildən başlayaraq hər il texniki baxışdan keçməlidir.

Texniki baxış qrafiki isə aşağıdakı kimidir: 

- “VAZ” , “Qaz”, “Moskviç”, “ZAZ”, “UAZ” və digər MDB istehsalı olan minik avtomobilləri üçün: 01 yanvardan 01 maya qədər;

- Xarici dövlətlərdə (MDB dövlətləri istisna olmaqla) və onların baza modelləri əsasında MDB-də istehsal olunan minik avtomobilləri üçün: 01 maydan  01 avqusta qədər;

- Yük avtomobilləri və avtobuslar üçün: 01 sentyabrdan 31 oktyabra qədər.

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh