Bakıda maşını belə sürürlər; onları sadəcə Allah saxlayır - REAL VİDEO

Avtoreyd 4 Yanvar 2015 02:26 Oxunub 3913
Bakıda maşını belə sürürlər; onları sadəcə Allah saxlayır - REAL VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu videoda ən azı iki qəzadan yayına bildilər

Bakıda əksər sürücülərə tanış olan mənzərəni sizlərə təqdim edirik. Tanış mənzərə ona görə dedik ki, bu videodakı hərəkətləri ya təkrar edirlər, ya da rastlaşırlar. Həmin o rastlaşanlardan biri bu videonu Avtosfer.az-a göndərib. Videoda köhnə deyil. Yanvarın 3-də çəkilib. Videodan görünür ki, 10-UC-296 dövlət nömrə nişanlı yük avtomobili, 90-VK-663 dövlət nömrə nişanlı «Mercedes» və 99-HJ-787 dövlət nömrə nişanlı «KIA» markalı avtomobillər yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar. Videodan da göründüyü kimi, yük avtomobili Babək prospektində körpünün üstündə sağdan ötmə əməliyyatı aparır və qəza şəraiti yaradır. Bir qədər irəlidə isə «Mercedes» və «KIA» markalı avtomobillər dönmə zamanı yaxınlaşmaqda olan nəqliyyat vasitəsini gözləmədən onun yoluna çıxaraq qəza şəraiti yaradırlar.

Məsələ burasındadır ki, bu videoda ən azı iki qəzadan yan keçildi. O da bu videonu çəkən şəxsin sayəsində baş tutdu. Sürücü sürəti azaltmasaydı qəza qaçılmaz idi. Yəqin ki, Dövlət Yol Polisi İdarəsi bu videonu izləyib müvafiq addım atacaq. Belə sürücüləri cəzalandırmasan, elə biləcəklər ki, heç kimin onlardan xəbəri yoxdur. DYP gərək öz sözünü mütləq desin. Bahalı maşınlar olanda deyirlər ki, sürücü imkanlıdır, kefi istədiyi kimi sürür. Bu videodakı maşınlar o qədər də bahalı deyil, bəs, görəsən onların sürücülərinə nə olub? Məgər, qəza, hadisə maşının ucuz və ya bahalı olmasından asılıdır? Əgər belə bir fakt varsa ki, bahalı maşın qəzaya düşmür və ya qəza törətmir, göstərin bizə, biz də bilək…

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh