Polislər "avtoşluq" edən dəvəquşunu qovdu - VİDEO

Maraqlı 6 Yanvar 2015 01:21 Oxunub 1895
Polislər "avtoşluq" edən dəvəquşunu qovdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Saatda 50 kilomter sürət yığa bilən dəvəquşu toqquşmalardan yayına bilib

Bazar günü Tel-Əviv yaxınlığında avtomobil magistralına çıxan sürücülər gözlərinə inanmırdılar. Maşınlarla birlikdə hərəkətə qoşulan dəvəquşu orta zolaqda hərəkət edərək, ilk növbədə yol hərəkəti qaydaların riayət edirdi. Lakin svetofora yaxınlaşanda vəziyyət dəyişdi. Qırmızı işığa "məhəl qoymayan" dəvəquşu hərəkəti davam etdirəndə qəza vəziyyəti yarandı. Xoşbəxtlikdən hər şey xətasız başa çatdı, saatda 50 kilomter sürət yığa bilən dəvəquşu toqquşmalardan yayındı.

Xəbər verilir ki, bələdiyyə işçiləri dəvəquşunu Gersil şəhərinin ticarət mərkəzində yaxalayaraq baytarlara təhvil veriblər. Ehtimal olunur ki, dəvəquşu İsrailin mərkəzi rayonlarından birindəki fermadan qaçıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh