İnanılmaz gerçək: Bu adam 256 yaşında öldü - FOTO

Maraqlı 6 Yanvar 2015 11:43 Oxunub 1799
İnanılmaz gerçək: Bu adam 256 yaşında öldü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O Çinli bitki araşdırmacısı Li Çing-Yuendir

Çinli Li Çing-Yuenin 256 yaşında öldüyü iddia edilir. Avtosfer.az istiqamet.com-a istinadən xəbər verir ki, bu iddia dünyanın ən məşhur jurnallarından biri olan Time jurnalında gündəmə gətirilib. Jurnal Yuenin 256 yaşına qədər yaşamasının sirrinin "İt-Göyərçin-Tısbağa" üçbucağında gizli olduğunu yazıb. Bitki araşdırmacısı ve eyni zamanda əlbəyaxa döyüş ustası olan Li Çinq Yuen 1736-ci ildə doğulduğunu iddia etsə də sənədlərdə onun 1677-ci ildə dünyaya gəldiyi görünür.1933-cü ildə öldüyü bilinən Yuein hər iki doğum tarixi nəzərə alındıqda dünyanın ən uzun yaşayan insanı olaraq tarixdə yerini alıb.

1677-ci ildə doğulduğunu nəzərə aldıqda Yuen 197 yaşında, 1736-ci ildə doğulduğunu nəzər aldıqda isə 256 yaşında öldüyü görünür.

Li Çinq Yuenin 1677-ci ildə Çinin Szeçuan kəndində doğulduğu bildirilir.Həyatının böyük hissəsini dağda bitkilər yığaraq və uzun yaşamağın sirrlərini araşdıraraq keçirən Yuen 1748-ci ildə 71 yaşında Çin ordusuna əlbəyaxa döyüş müəllimi olaraq girir.Uzun müddət Çin ordusuna taktika olaraq da dərs verən Yuenin ordudan ayrıldıqdan 1 il sonra öldüyü qeyd olunur.

Usta Liyə uzun yaşamağın sirrləri soruşulduqda o belə cavab verirmiş:

-Təmiz bir qəlbin olsun;

 

-Tısbağa kimi otur;

 

-Göyərçin kimi hərəkət et;

 

-Bir it kimi yat;

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh