2015-ci ilin ən maraqla gözlənilən 15 avtomobili

Avtoxəbər 6 Yanvar 2015 12:12 Oxunub 2438
2015-ci ilin ən maraqla gözlənilən 15 avtomobili
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu avtomobillər səs-küy yaradacaq

2015-ci ildə debüt edəcəyi gözlənilən bu avtomobillərin bazarda çox böyük bir maraqla qarşılanacağı və səs-küyə səbəb olacağı ehtimal edilir. Avtosfer.az avto-baza.az saytına istinadən həmin avtomobilləri təqdim edir.

Alfa Romeo Giulia


İyunda debüt edəcək. Hamı bilir ki, axırıncı “alfa” modelləri yalnız 4C kupe istisna olmaqla o qədər də yüksək qiymət ala bilməyiblər. Lakin şirkətin prezidenti Harald Vester məhz Giulia ilə Milan markasının intibah dövrünün başlanacağına inanır. 

Acura NSX


Yanvarda debüt edəcək. Əfsanəvi NSX superkarın yenidən gəlişi XXI əsr üçün səciyyəvi olan yüksək texnoloji sistem və avadanlıqlarla təchiz ediləcək. Hibrid tam ötürməli avtomobilin toplam gücü 400 at gücündən çoxdur. Qiymət? Bəzi bazarlarda 120 min avro qiymətlə superkarın ayrılmış kvotası artıq sifariş edilib. Satışlar isə hələ başlanmayıb.

Audi R8


Martda debüt edəcək. 2006-cı ildə birinci nəsil R8 bazara çıxanda çoxları Audi şirkətinin əsl supercar buraxa biləcəyinə şübhə ilə yanaşırdı. Zaman bütün şübhələri dağıtmışdır. Bu gün səbirsizliklə ikinci nəsil R8 gözləyənlər onun hit-model olacağına qətiyyən şübhə etmir.

Honda Civic Type-R


Debüt iyunda olacaq. Onun haqqında o qədər danışıblar ki, hər kəs onu görmək arzusundadır. Yaponların dediyinə görə Nürbyurqrinqin 280 at güclü ən sürətli hot-hetçinin sükan çarxındakı R+ düyməsini basmaqla Renault Megane Trophy-R modelinin həmin trasda göstərdiyi 7 dəqiqə 54 saniyə nəticəni tarixin arxivinə kömmək daha çətin olmasın gərək.

Bentley SUV

Debüt noybrda olacaq. “Bizim əsas vəzifəmiz yolsuzluq avtomobilinə çox pul xərcləmək istəyənlərə kömək etməkdir”. Bu sözlər Bentley marketinq direktoru Kevin Rouza məxsusdur. Belə çıxır ki, Range Rover və ya G-Class avtomobillərini birinci kurs tələbəsi də ala bilər. Hər halda Bentley yolsuzluq avtomobilinin qiymət problem olmayacaq. Söhbət 160-170 min avrodan gedir. Bundan bahalı SUV dünyada hələ ki, yoxdur.

Honda FCV


Debüt oktyabrda olacaq. Ekoloji təmizlik uğrunda yarış növbəti mərhələyə adlayır. Hibridlər artıq dünənki gündür, elektrokarlar da həmçinin. Hazırda dəbə hidromobillər minir. 20 il əvvəl olduğu kimi naməlum buz kimi soyuq sulara yenə də birinci Honda və Toyota çıxır. Honda FCV modeli 750 km yol ehtiyatı və xaricetmə maddəsi kimi su buxarı vəd edir. Deyəsən bu artıq fantastika deyil.

Maserati Levante


Debüt sentyabrda olacaq. Bahalı və dəhşətli dərəcədə pafoslu brendlərin elitar klubunun daha bir üzvü yolsuzluq avtomobili buraxmaqda özünü sınamaq qərarına gəlib. Ümumiyyətlə Levante çoxdankı layihədir. Bu SUV ən azı 10 ildir ki, Maserati –nin planlarında yer alır. Tarixdə ilk Maserati yolsuzluq avtomobili nəhayət payızda debüt edəcək. Levante modeli sayəsində italiyalılar satışları üçqat artırmaq niyyətindədirlər.

Infiniti Q30

Debüt noyabrda olacaq. Çox maraqlı bir məqam var. Mercedes-Benz Infiniti –ni özünə o dərəcədə rəqib saymır ki, yapon premium brendi ilə öz texnologiyalarını həvəslə bölüşür. Yeni yığcam yarıhetç-yarıkrossover tam ötürməli GLA-Class platformasında yığılıb. Gələcəkdə bu hərəkətinə görə Ştutqartda təəssüflənməyəcəklər ki, görəsən?

Lada Vesta


Debüt sentyabrda olacaq. İndi və ya heç vaxt. AvtoVAZ-ın ambisiyalı layihəsini məhz belə xarakterizə etmək olar. "Reno" platforma üzərində hazırlanan yeni sedan artıq ötən olin sentyabrında Moskva Beynəlxalq Avtosalonunda keçirilən sərgi zamanı səs salıb. Təəssürat yüksəkdir. İndi söz 3-cü versiyanındır.

Mitsubishi Lancer Evolution

Opel Astra

Yenilənmiş "Astrid"lər əvvəlki modellərin əsas problemi hesab olunan artıq çəkidən xilas olub. Yeni platforma, yeni mühərrik,  yeni ötürücü qutu...Yeni model ilk olaraq Frankfurtda nümayış etdiriləcək, 2016-cı ildən satışa təqdim olunacaq.

BMW X1

Ənənəvi dəyərləri sevənlər üçün...Debüt avqustda olacaq.

McLaren Sports Series

Debüt avqustda olacaq. 

Renault Megane

4-cü nəsil "Megan" yeni "Qaşqay" modul platformasında qurulub. Debüt sentyabrda olacaq.

Tesla Model X

Debüt sentyabrda olacaq. Elektrik mühərrikli ilk kütləvi seriyadan olan krassover əsl bomba effekti vəd edir. 4 pilləli elektrik mühərriki uraqan dinamikə malikdir və 100 km/saat sürəti cəmi 4.4 saniyəyə yığır. Sürəti saatda 400 kilometrə çatdırılıb.Arxa qapılar qağayı stilindədir.

 

 
ŞƏRH YAZ
Ad

E-mail

Şərh