Dünyanın ən balaca motosikletini hazırladı - VİDEO

Maraqlı 6 Yanvar 2015 13:24 Oxunub 1701
Dünyanın ən balaca motosikletini hazırladı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu motosiklet uşaq oyuncaqlarının hissələrindən düzəldib

Bu gənc şəhər küçələrini dünyanın ən kiçik motosikleti ilə gəzir.  Hindistanlı Əfruz Şeyx özü qeyri-adi ixtirası ilə dünyanın diqqətini çəkib. Avtosfer.az atvxeber.az-a istinadən məlumat verir ki, avtomobil almaq üçün çox xərcə düşməyin yersiz olduğunu düşənən ixtiraçı özünə dünyada analoqu olmayan motosiklet düzəltməyə qərar verib. Kənardan baxanda Əfruz Şeyxin mindiyi bu motosiklet uşaq oyuncağına oxşayır. Yeri gəlmişkən, o bu motosikleti elə uşaq oyuncaqlarının hissələrindən düzəldib. Diqqət çəkən məqam isə batareya ilə hərəkətə gələn motosikletin yük götürmək qabiliyyətidir. Belə ki, çəkisi  80 kq-dan çox olmayan istənilən insan bu motosikletə minərək şəhər səyahətinə çıxa bilər. Hündürlüyü  vur-tut 25  santimetr olan motosikletin çəkisi 5 kiloqrama yaxındır. Başqa sözlə desək, bu motosikleti həm də asanlıqla daşımaq mümkündür. Digər tərəfdən dünyanın ən kiçik motosikletinin qiyməti də o qədər çox deyil. Bu nəqliyyat vasitəsinə sahib olmaq istəyən hindlilər  80 manatından keçməlidir. Qeyd edək ki, bu Əfruz Şeyxin ixtira etdiyi yeganə qeyri-adi nəqliyyat vasitəsi deyil.  O bundan əvvəl,  eyni anda günəş enerjisi, su və yanacaqla işləyən və enerjiyə maksimum qənaet edən motosiklet düzəltmişdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh