Arif Quliyev maşınla dəvəni vurdu: sürücü və dəvə öldü - FOTOLAR

Qəzalar 12 May 2014 14:35 Oxunub 3804
Arif Quliyev maşınla dəvəni vurdu: sürücü və dəvə öldü - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəvə avtomobilin sürücünün üstünə düşüb, sürücü və dəvə hadisə yerində ölüb

Mingəçevir şəhərində ağır avtomobil qəzası baş verib. APA-nın məlumatına görə, hadisə şəhərin giriş qapısının yaxınlığında qeydə alınıb. Şəhər sakini, 1954-cü il təvəllüdlü Quliyev Arif Əli oğlu idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə gecənin qaranlıq vaxtı dəvəni vurub, sonra isə maşını yolun kənarında dayanmış “VAZ 2107” markalı avtomobilə çırpıb. Güclü zərbənin təsirindən dəvə avtomobilin sürücünün üstünə düşüb. Sürücü Arif Quliyev və dəvə hadisə yerində ölüb. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh