Sərxoş kişi eletrovuzun altında qaldı

Gündəm 12 May 2014 23:24 Oxunub 1525
Sərxoş kişi eletrovuzun altında qaldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İntiqam Məmmədovun alkoqol düşkünü və hadisə vaxtı sərxoş olduğu bildirilir

Gəncədə ölüm hadisəsi baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə şəhərin şərq istiqamətində dəmir yolu xəttində baş verib. Şəhər sakini, 1982-ci il təvəllüdlü İntiqam Məmmədovu elektrovoz vurub. Hadisə yerində ölən İntiqam Məmmədovun alkoqol düşkünü və hadisə baş verən zaman sərxoş olduğu bildirilir. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh