Yol bağlandı; Həsən Əliyev küçəsini qaşıyırlar

Gündəm 13 May 2014 12:18 Oxunub 1555
Yol bağlandı; Həsən Əliyev küçəsini qaşıyırlar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
500 metrlik ərazidə yolun 4 gün bağlı olacağı gözlənilir

Bu gün səhər saatlarından etibarən Həsən Əliyev küçəsində köhnə asfalt qatının qaşınmasına başlanılıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, hazırda iş yolda hərəkət dayandırılmadan davam etdirilir. Gecə saatlarında isə Həsən Əliyev küçəsinin Atatürk prospekti ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməyədək olan hissəsində hərəkət tam məhdudlaşdırılacaq. 500 metrlik ərazidə yolun 4 gün bağlı olacağı gözlənilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh