Uça-uça piano ifa etdi - VİDEO

Maraqlı 4 Fevral 2015 13:34 Oxunub 1780
Uça-uça piano ifa etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Paolo, səmada süzə-süzə musiqi əsərləri ifa edib

Adətən pianoçular müxtəlif əsərləri ifa edərkən sanki xəyal dünyalarında uçurlar. Bu dəfə isə hər şey əksinə baş verib. Paolo Zanarella adlı  musiqiçi hər kəsin gözü qarşısında real dünyada uça-uça  piano çalıb. Avtosfer.az atvxəbər-ə istinədən  xəbər verir ki, “Sərhədsiz  pianoçular” cərəyanına rəhbərlik edən Paolo Zanarello ölkənin ən məşhur musiqiçilərindən biridir.  Venesiyada davam edən eyni adlı karnavalı fürsət bilən pianoçu bu dəfə daha fərqli aksiya ilə  tamaşaçıları heyrətləndirmək qərarına gəlib. Pianosu ilə birgə havaya qalxan Paolo, səmada süzə-süzə musiqi əsərləri ifa edib. Karnaval iştirakçıları onun bu performansını böyük maraqla seyr edib. Musiqiyə yeni estetika qatan, klassik əsərləri akrobatçılıqla birləşdirən Paolo, havadakı performansını qüsursuz yerinə yetirib. Onun uça-uça pioanoda klassik əsərlər ifa etdiyini əks etidərn görüntülər  qısa zamanda ölkə hüdudlarını aşıb. Pianoçu deyir ki, bu aksiya dünyaya unikal musiqili mesaj vermək, işıqlı gələcəyi tərənnüm etmək üçün ideal imkan yaradır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh