Avtosfer.az | Reklam
Qatar qarın içində belə yoxa çıxdı – VİDEO
Avtoreyd 6 Fevral 2015 23:39 1394 dəfə oxunub
Qatar qarın içində belə yoxa çıxdı – VİDEO
Kanadada çəkilən video və şəkillər izləyənləri şoka salır

Kanadada yük qatarı qarşısındakı qarı yararaq yoluna davam edib. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, qatarın video və şəkillərini bir nəfər həvəskar çəkib. O, video və şəkilləri qatarın keçməsini gözlədiyi vaxtda lentə alıb. Görüntülərdə qatarın qalınlığı 2 metr olan qar yığınını yararaq heç nə olmamış kimi yoluna davam etdiyi görünür.

Qeyd edək ki, Kanadanın relyefi bu ölkənin iqliminə güclü təsir edir. Belə ki, ölkənin kənarlarındakı silsilə dağlar, həmçinin şimaldan Şimal Buzlu okeanı ilə əhatə olunması onun iqlimini daha da sərtləşdirir. Nəticədə yay sərin, qış isə xüsusilə şiddətli və sərt keçir. Yollar qış boyu daim qarla örtülü olur. Ölkənin cənubunda temperatur mənfi 40 dərəcəyə qədər enə bilir. Buna görə qış güclü şaxtalı küləklərlə müşayiət olunur.

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh