“Nissan”dan məhdud sayda yeni superkar - FOTO

Avtodünya 20 Dekabr 2018 23:59 Oxunub 1587
“Nissan”dan məhdud sayda yeni superkar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir avtomobilin qiyməti 990 min avro olacaq

“Nissan” şirkəti “GT-R50” konsepti əsasında yeni superkar istehsal edir. Avtosfer.az “ölkə.az”a istinadən xəbər verir ki, “İtalDesign” atelyesi ilə müştərək həyata keçirilən layihə çərçivəsində məhdud sayda model istehsal ediləcək. Yeni superkarın sadəcə dam örtüyündə və kuzovda bir-iki xırda dəyişikliklər var, digər elementlər isə olduğu kimi qalıb. Model 21 düymlük disklərlə təchiz edilib. Superkar V6 obrazı, turbogücləndiricili 3.8 litr həcmli mühərriklə təchiz ediləcək. Mühərrik üzərində “Nismo” şöbəsinin mühəndisləri çalışır. Aqreqat 720 at gücü hasil edir. Bir avtomobilin qiyməti 990 min avro olacaq. İlk model 2019-cu ildə sahibinə təslim ediləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh