Tovuz rayon sakini qeyri-adi traktor hazırladı - VİDEO

Xəbərlər 23 Dekabr 2018 07:53 Oxunub 4214
Tovuz rayon sakini qeyri-adi traktor hazırladı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
20 ton ağırlığında Kamazı darta bilir

Cəmi 800 kiloqram çəkisi var. Amma bu balaca texnika 20 ton ağırlığında, yüklü "Kamaz"ı qoşqu ilə darta bilir. Tovuzun Əyyublu kənd sakini Azər Paşayev balaca traktoru düzəltmək üçün böyük həcmli generator mühərrikindən, "QAZ-51" və "VAZ 21 06" markalı minik avtomobillərinin sürət qutusu və redukturundan istifadə edib. Özü balaca olsa da, böyük texnikanın işini bacaran bu traktor saatda 100 km sürətlə hərəkət edə bilir. Görənlərin diqqətini çəkən, böyük texnikalara rəqib olan balaca texnikanın düzəlməsi üçün iki ay vaxt və 2500 manat pul sərf olunub. Traktorun kiçik olması onun həyətyanı sahələrdə rahat manevr etməsinə imkan verir. Azər Paşayev iddia edir ki, vəsait olsa, daha təkmil və analoqsuz traktor düzəldə bilər.

Azər Paşayev düzəltdiyi texnikanı təkmilləşdirmək üçün yeni planlar üzərində işləyir. İlkin mərhələdə isə yağıntılı hava şəraitində texnikanı idarə edə bilməsi üçün ona kabinə əlavə edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh