Ara məsafəsi saxlanılmadı; avtobus «Mersedes»in üstünə çıxdı

Avtoxəbər 17 May 2014 10:56 Oxunub 1872
Ara məsafəsi saxlanılmadı; avtobus «Mersedes»in üstünə çıxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Atatürk prospektində baş verib

Sərnişin avtobusu günün-günorta çağı yol qəzası törədib. ANS-in məlumatına görə, hadisə Bakının Nərimanov rayonu, Atatürk prospektində baş verib. Avtoqəza baş verən zaman İbrahimzadə Elman Əhməd oğlunun idarə etdiyi "Mersedes" markalı minik maşını yolun kənarında dayanıbmış. Yusifov Telman Zöhrab oğlunun 202 saylı xətt marşrutu üzrə idarə etdiyi "Daevoo" markalı sərnişin avtobusu prospektlə metronun "Koroğlu" stansiyası istiqamətində hərəkət edən zaman hərəkətsiz olan avtomobilə çırpılıb. Minik maşınında sərnişin olmadığı üçün hadisə nəticəsində xəsarət alan olmayıb. Elə avtobusda olan sərnişinlər də nəqliyyat vasitələrinin ciddi ziyan gördüyü bu qəzadan xəsarətsiz ötüşüb.

Yol qəzasının baş verməsi səbəblərini Bakı ŞBDYPİ-nin müfəttişləri araşdırır. Hadisə yerinin müayinəsi zamanı avtoqəzanın ara məsafəsinin düzgün təyin edilməməsi və avtobus sürücüsünün ehtiyatsızlığı ucbatından baş verdiyi müəyyən edilib. Araşdırmalar davam edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh