Agentlik maşını xarab olmuş sürücünü cərimələdi - FOTO

Xəbərlər 15 Yanvar 2019 21:15 Oxunub 2143
Agentlik maşını xarab olmuş sürücünü cərimələdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
BNA: "Qəza dayanması nişanını quraşdırmalıdır"

Sosial şəbəkədə Anar Qədirov adlı istifadəçi  maraqlı paylaşım edib. O, iddia edir ki, 90 TK 294 dövlət qeydiyyat nömrəli avtomobilinin təkəri partladığı üçün nəqliyyat vasitəsini yolun kənarında saxlayıb və təkəri dəyişməyə çalışıb.  Elə bu vaxt BNA tərəfindən maşının fotolar çəkilib və cərimə olunub.

BNA mətbuat xidmətinin rəhbəri Mais Ağayevməsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, bu istiqamətdə araşdırma aparılır:

“Vətəndaş Anar Qədirov 10.01.2019-cu il tarixdə yolun hərəkət hissəsində olarkən iddia etdiyi kimi, nəqliyyat vasitəsində texniki nasazlığın yaranması səbəbindən yolun hərəkət hissəsində nəqliyyat vasitəsini dayandırıb və Bakı Nəqliyyat Agentliyinin müşahidə kameraları vasitəsilə xəta qeydə alınıb. 

Bu barədə cərimə müəyyənləşdirilərək vətəndaş məlumatlandırılıb. Məlumat üçün bildirək ki, “Yol Hərəkəti Haqqında” Qanunun 55-ci maddəsinin 2-ci hissəsinə əsasən, dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır”.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh