Avtobus sürücülərinin özbaşınalığı bitimr - VİDEO

Qaydalar 19 Fevral 2019 22:32 Oxunub 1610
Avtobus sürücülərinin özbaşınalığı bitimr - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir neçə sərnişin avtobusun qapısından sallanıb gedir

Xəbərdarlıqlara məhəl qoymayan bəzi avtobus sürücüləri açıq-aşkar qayda pozmaqda davam edirlər. Sürücülər kobud qayda pozmaqla yanaşı, sərnişinlərin həyatını da təhlükəyə atırlar. Avtobuslardan birində sərnişinlər sallanan vəziyyətdə, qapısı açıq hərəkət edir, digər bir sürücü sükan arxasında çay içir, başqası isə yol boyu telefonla danışa-danışa avtobus idarə edir. Hər üç faktla bağlı aidiyyəti dövlət qurumları tərəfindən tədbir görülüb. Avtosfer.az-ın məlumatına görə, görüntülərin birində bir neçə sərnişin avtobusun qapısından sallanıb gedir. Sürücü isə avtobusun qapıları açıq vəziyyətdə adi bir halmış kimi yoluna davam edir. Bu görüntülər Abşeron rayonu Qobu-Sulutəpə marşrutu üzrə fəaliyyət göstərən 567 nömrəli xətdə lentə alınıb. Video çəkən sakinin sözlərinə görə, hər gün səhər və axşam saatlarında bu marşrutda vəziyyət belədir.

Görüntülərdən də aydın görünür ki, avtobus kifayət qədər sürətlə hərəkət edir. Qəfil tormozlanmada avtobusun qapısından sallanan sərnişinlərin həyatı təhlükəyə girir.

Məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sözçüsü Nuridə Allahyarova bildirdi ki, sürücü barəsində artıq tədbir görülüb. Həmin marşrut xətti üzrə şikayətlər çox olduğundan daşıyıcı şirkətə son xəbərdarlıq edilib.

Digər sürücü isə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, telefonla danışa-danışa avtobus idarə edir .


Videonu çəkən sərnişinin iddialarına görə, 32 nömrəli avtobusun sürücüsü NZS qəsəbəsindən "Xətai" metrostansiyasına qədər avtobusu bu formada idarə edib.


91 nömrəli avtobusun sürücüsü isə bir əli ilə çay içir, digər əli ilə isə sükanı idarə edir.


Bu iki faktla bağlı da artıq tədbir görülüb. Bakı Nəqliyyat Agentliyi tərəfindən hər iki marşrut xəttinin daşıyıcısına xəbərdarlıq edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh