Bu halda sürücülər 800 manata qədər cərimə edilir - "Miqalka"lı sürücü kimdir? - VİDEO

Öyrənək 1 Mart 2019 15:45 Oxunub 14094
Bu halda sürücülər 800 manata qədər cərimə edilir - "Miqalka"lı sürücü kimdir? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnzibati Xətalar Məcəlləsinin 342.9. maddəsi ilə

Xırdalan şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsində - Abşeron rayon İcra Hakimiyyətinin qarşısında 90 CC 116 dövlət nömrə nişanlı minik avtomobili sayrışan işıqlardan (miqalkalar) istifadə edərək hərəkətini davam etdirib. Görüntülər digər avtomobildə olan video qeydiyyat aparatında qeydə alınıb.

Diqqətinizə çatdırmaq istəyirik ki, bu halda sürücülər İnzibati Xətalar Məcəlləsinin 342.9. maddəsi ilə cərimə edilir. Bu da, Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

Həmin video görüntüləri sizlərə təqdim edirik.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh